
“Meta”nın qurucusu Mark Zukerberq və həyat yoldaşı Pritsilla Çan İrlandiyanın cənub-şərqindəki Uoterford qraflığında yerləşən Strankalli Kasl qəsrinin sahibləri olublar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Irish Times” qəzeti Zukerberqin nümayəndəsinə istinadla məlumat yayıb.
“Mark və ailəsi bu tarixi binaya qayğı göstərməyə davam edə bilməkdən məmnundurlar və” Meta”nın beynəlxalq qərargahının yerləşdiyi İrlandiyada daha çox vaxt keçirməyə ümid edirlər”, - deyə nümayəndə bildirib.
Qəsrin hansı qiymətə alındığı açıqlanmayıb.
“The Irish Times” qəzetinin mütəxəssislərinin fikrincə, əmlakın bazar qiyməti 20 milyon avro ilə 30 milyon avro arasındadır.
Qəsr 1830-cu ildə keçmiş Britaniya millət vəkili Con Keyli tərəfindən qotik üslubda inşa edilib. Onun yerləşdiyi 178 hektarlıq ərazi Britaniya sahibkarı və ixtiraçısı Ceyms Daysonun Ballantre Haus mülkünün yanında yerləşir.
Tətbiqimizi yükləyə bilərsiniz