Rusiya gecə ərzində Ukraynaya 217 dronla hücum etdi


21 avqustdan 22 avqusta keşən gecə Rusiya 217 hücum dronundan istifadə edərək Ukraynaya kütləvi hücum edib.
Yeniavaz.com
“RBK-Ukraina” agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Məlumata görə, hücumun əsas hədəfləri Kiyev və Odessa vilayətləri olub.
Ukrayna ordusunun məlumatına görə, Rusiya qüvvələri “İsgəndər-M” və “S-400” ballistik raketlərindən, üç X-31P/X-59 havadan buraxılan raketlərindən, “Banderol” uçan sursatlarından, eləcə də 50-dən çoxu reaktiv mühərrikli 217 “Şahed” dronundan istifadə edib. Hücumda istifadə edilən dronlar arasında “Qerbera” və “Parodiya” dronları da olub.
Ukrayna hava hücumundan müdafiə qüvvələri 182 pilotsuz təyyarəni, üç X-31P/X-59 raketini və 6 “Banderol” sursatını vurub və ya zərərsizləşdirib.
Rusiya hava hücumları 41 yerdə qeydə alınıb, vurulan hədəflərdən qalan qalıqlar isə daha 12 yerdə aşkar edilib.
Kiyevdə Rusiyanın ballistik raket zərbəsi Darnitski rayonundakı anbarda yanğına səbəb olub. Paytaxtdakı dəmir yolu şirkətinə də zərbə endirilib.
Odessa vilayətiundə Rusiya hücumu dəmir yolu infrastrukturuna, xüsusilə də dəmir yolu stansiyasına ziyan vurub.
Ölənlər və yaralananlar olduğu bildirilir.
Ukrayna hakimiyyət orqanlarının məlumatına görə, gecə hücumunun nəticələri hələ də aydınlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top