“O, uşaqlarını Donald Trampdan daha çox sevir və bu, məni çox qəzəbləndirir”


ABŞ Prezidenti Donald Tramp zarafatla Ağ Evin mətbuat katibi Kerolayn Livittin uşaqlarını ondan daha çox sevdiyini və bunun onu qəzəbləndirdiyini bildirib.
Yeniavaz.com
“NBC News” telekanalına istinadla xəbər verir ki, o bu barədə cümə günü Cənubi Karolina ştatının Mirtl Biç şəhərində tərəfdarları qarşısında çıxış edərkən qeyd edib.
“Və mən yenicə öyrəndim ki, o, uşaqlarını Donald Trampdan daha çox sevir və bu, məni çox qəzəbləndirir”, - deyə Amerika lideri bildirib.
Livitt səhnəyə çıxanda Tramp əlavə edib ki, keçmiş mətbuat katibi yenə onlarla işləyəcək, ancaq iki gözəl uşağı ilə bir az vaxt keçirəcək.
Livitt prezidentə təşəkkür edib və Ağ Evin mətbuat katibi vəzifəsində işləməsini həyatımın şərəfi adlandırıb.
Qeyd edək ki, Livitt 12 avqustda Ağ Evin mətbuat katibi vəzifəsindən ayrıldığını elan edib. O, qərarını ailəsi ilə daha çox vaxt keçirmək istəyi ilə izah edib. Mətbuat katibi may ayında ikinci uşağını dünyaya gətirib.

DİGƏR XƏBƏRLƏR

Top