
“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının ikinci turunda “Əl-Riyad”ı məğlub edib.
Yeniavaz.com xəbər verir ki, Ər-Riyaddakı Kral Fəhd Beynəlxalq Stadionunda keçirilən oyun qonaqların 4-0 hesablı qələbəsi ilə başa çatıb.
Kriştianu Ronaldo ikinci hissənin ortalarında meydana daxil olub və 83-cü dəqiqədə Ayman Yəhyanın ötürməsindən sonra qol vurub.
Ronaldo üçün bu matçda vurulan qol karyerasında 977-ci qol olub.
Qeyd edək ki, avqustun 17-də Ronaldo yeni mövsümün onun üçün sonuncu müvsüm ola biləcəyini açıqlamışdı.
Xatırladaq ki, Ronaldo 233 rəsmi matçda 146 qol vuraraq, milli komandasında oyun və qol sayına görə dünya rekordçusu olaraq qalır.
Tətbiqimizi yükləyə bilərsiniz