“Tesla” 3 milyon avtomobilini geri çağırır – Bu sahədə rekorddur...


“Tesla” qapı dəstəyindəki problemlə əlaqədar Çində rekord sayda - 3 milyon avtomobilini geri çağırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, “Tesla”nın daxili rəqibi “Xiaomi” də 400 000 avtomobilini geri çağırdığını elan edib.
Qeyd edək ki, Çin tənzimləyiciləri ötən il baş verən ölüm hadisəsindən sonra təhlükəsizlik baxımından avtomobillərdə geri çəkilə bilən qapı tutacaqlarını qadağan edib.
Hadisədə sürücü yanan avtomobilin içərisində sıxışıb qalıb və ətrafdakıların qapıları aça bilməməsi nəticəsində ölüm hadisəsi baş verib.

DİGƏR XƏBƏRLƏR

Top