“USS Abraham Linkoln” Yaxın Şərqdəki missiyasını başa vurdu


“USS Abraham Linkoln” təyyarədaşıyan gəmisi doqquz aydan sonra Yaxın Şərqi tərk edərək Kaliforniyanın San Dieqo şəhərindəki bazasına yola düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb.
Məlumata görə, gəmi hələ ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasını tərk etmyib.
Telekanalın məlumatına görə, “USS Abraham Lincoln”u Yaponiyada yerləşən “USS George Washington” təyyarədaşıyan gəmisini əvəz edəcək.
“CBS News”un məlumatına görə, gəminin San Dieqoya qayıtması təxminən üç həftə çəkəcək.
5000 heyət üzvünü daşıyan aviadaşıyıcı zərbə qrupu 2025-ci ilin noyabr ayının sonlarında San Dieqo limanından yola düşüb.
“CBS News” xəbər verir ki, ötən ilin 28 fevralında İranla başlayan silahlı münaqişə aviadaşıyıcının missiyasını uzadıb və dənizçilərinin iş yükünü artırıb.
“USS Avraham Linkoln” minlərlə təyyarənin uçuşu üçün əsas buraxılış platforması olub.
Son həftələrdə gəmi dənizçilərin son dərəcə sərt şəraitdən şikayətlənməsi, hətta bəzi heyət üzvlərinin suya tullanmağa cəhd etməsi barədə xəbərlər səbəbindən diqqət mərkəzində olub. Onların qohumları bildiriblər ki, dənizçilər Yaxın Şərqdə uzun müddət qaldıqları müddətdə yorğun düşüblər.
Dənizçilərin özləri də etiraf ediblər ki, onlar tam gücləri ilə işləyiblər və yeganə arzuları ailələrinin yanına qayıtmaq olub.

DİGƏR XƏBƏRLƏR

Top