Kiyevə səfər edəcəkdilər – Təxirə salındı?


ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Kiyevə səfərlərini təsdiqləməyiblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukraynanın TSN agentliyi siyasi mənbələrə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, halbuki onlar 24 avqustda qeyd olunan Ukraynanın Müstəqillik Günü üçün Kiyevə səfər etmək niyyətində olublar.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın Stiv Uitkoff və Cared Kuşnerin ehtimal olunan səfəri ilə bağlı hələlik konkret təkliflər almadığını, lakin belə bir görüşü qısa müddətdə təşkil etməyə hazır olduğunu bildirmişdi.
Digər tərəfdən, Rusiya xarici işlər naziri Sergey Lavrov da Rusiya Prezidenti Vladimir Putinin Amerika liderinin elçilərini yenidən qəbul etməyə hazır olduğunu qeyd etmişdi. Baxmayaraq ki, onların Kremlə hansı təklifləri təqdim edəcəkləri sual altındadır.

DİGƏR XƏBƏRLƏR

Top