
Dünyanın ən yaşlı sakini olan Etel Keterhem 117 yaşını qeyd edib.
Yeniavaz.com “The Telegraph” qəzetinə istinadla xəbər verir ki, o, Surrey ştatının Laytvoter şəhərindəki “Hallmark Lakeview“ qocalar evinin sakinidir.
Ən yaşlı sakin ad gününü ailəsi və dostları ilə keçirib.
“Ailəm və dostlarımla gözəl bir gün keçirdim və gələn ilin nə gətirəcəyini səbirsizliklə gözləyirəm”, - o bildirib.
Keterhem 116 yaşlı braziliyalı rahibə İna Kanabarru Lukasın ölümündən sonra, 2025-ci ilin aprel ayında dünyanın ən yaşlı insanı titulunu qazanlb.
Keçən ilin sentyabr ayında, 116-cı doğum günündən qısa müddət sonra Böyük Britaniya Kralı III Çarlz Keterhemi ziyarət edib. Hətta monarx özünü təqdim edərkən onun əlindən tutub.
Həmçinin, görüş zamanı o, Çarlzın 1969-cu ildə, 21 yaşında ikən Uels Şahzadəsi vəzifəsinə təyin olunmasını xatırlayıb.
Etel Keterhem Birinci Dünya Müharibəsinin başlamasından beş il əvvəl, 21 avqust 1909-cu ildə Hempşir ştatının Şipton Bellincer kəndində anadan olub. O, səkkiz nəfərlik ailədə yeddinci uşaq olub.
117 yaşlı qadın Kral VII Eduardın dövründən sağ qalan sonuncu vətəndaşdır.
Keterhem iki dünya müharibəsi görüb və 2020-ci ildə, 110 yaşında ikən COVID-19-a yoluxub.
O, 97 yaşına qədər avtomobilini idarə edib.
Uzunömürlülük onun ailəsinə də xasdır. Belə ki, Keterhemin bacılarından biri Qledis 104 il yaşayıb.
Qeyd edək ki, uzunömürlülük üzrə mütləq rekord, Ginnesin Rekordlar Kitabına görə, 122 il 164 gün yaşayan fransız qadın Janna Kalmana məxsusdur.
Tətbiqimizi yükləyə bilərsiniz