
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Sabah” – “Hapoel” (Beer-Şeva) oyununa 15 000 bilet satılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti sosial şəbəkə səhifələrində məlumat yayıb.
Oyun avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qeyd edək ki, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən ilk oyun “Hapoel”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Tətbiqimizi yükləyə bilərsiniz