Dünyanın ən yaşlı prezidenti 10 həftədən sonra tapıldı


Kamerun Prezidenti Pol Biya 40 ildən çox hakimiyyəti dövründə ilk dəfə xaricə ən uzunmüddətli səfərindən sonra vətənə qayıdıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, 93 yaşlı lider 10 həftədən çox fasilədən sonra birinci xanım Şantal Biya ilə birlikdə avqustun 20-də İsveçrənin Cenevrə şəhərindən çarter reysi ilə paytaxt Yaundedəki Nsimalen Beynəlxalq Hava Limanına gəlib.
O, Etudi rayonundakı Birlik Sarayına kortejlə gedib. Biya, paytaxt küçələrində onun evə qayıtmasını qarşılayan, hakim Kamerun Xalq Demokratik Hərəkatının (CPDM) yüzlərlə tərəfdarını xidməti avtomobilinin yarıaçıq pəncərəsindən salamlayıb.
Kamerun liderinin 73 günlük yoxluğu, hökumətin onun tez bir zamanda qayıdacağına dair dəfələrlə verdiyi vədlərə baxmayaraq, onun səhhəti və idarəetmə qabiliyyəti ilə bağlı şayiələrin artmasına səbəb olub.
Bu, həmçinin hakimiyyətin əsasən prezidentin ətrafında mərkəzləşdiyi bir ölkədə siyasi varisliklə bağlı əlavə suallar doğurub.
Qeyd edək ki, dünyanın ən yaşlı dövlət başçısı olan Biya iyunun 7-də Kamerunu “Avropaya qısamüddətli şəxsi səfər” üçün tərk edib.

DİGƏR XƏBƏRLƏR

Top