
Bu ilin ilk yarısında Azərbaycana xarici ölkələrdən 537 min 397 ədəd günəş eynəyi idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan günəş eynəklərinin ümumi gömrük dəyəri 2 milyon 668,59 min dollar (4 milyon 536,6 min manat) təşkil edib.
Qeyd edək ki, günəş eynəklərinin böyük hissəsi Çindən idxal edilib. Belə ki, Çindən Azərbaycana 517 min 932 ədəd günəş eynəyi gətirilib. Çindən idxal olunan bir ədəd günəş eynəyinin orta gömrük dəyəri 2,57 dollar (4,36 manat) olub.
İdxal olunan günəş eynəklərinin sayına görə Çinlə yanaşı, İtaliya və Türkiyə də öndə olub. İtaliyadan 8 min 516 ədəd, Türkiyədən isə 6 min 550 ədəd günəş eynəyi idxal edilib.
Bu ilin ilk yarısında Azərbaycana idxal olunan günəş eynəklərinin ölkələr üzrə sayı və bir ədədinin orta gömrük dəyəri aşağıdakı kimi olub:
Çin – 517 932 ədəd (bir ədədin orta gömrük dəyəri 2,57 dollar);
İtaliya – 8 516 ədəd (102,49 dollar);
Türkiyə – 6 550 ədəd (7,68 dollar);
Vyetnam – 1 292 ədəd (42,48 dollar);
Tailand – 740 ədəd (60,59 dollar);
Yaponiya – 565 ədəd (224,12 dollar);
İspaniya – 409 ədəd (28,36 dollar);
Braziliya – 351 ədəd (39,26 dollar);
Niderland – 250 ədəd (2,36 dollar);
Tayvan (Çinin əyaləti) – 252 ədəd (10,79 dollar);
Fransa – 212 ədəd (588,54 dollar);
Avstriya – 107 ədəd (188,41 dollar);
Rusiya – 80 ədəd (12,25 dollar);
ABŞ – 61 ədəd (94,26 dollar);
Banqladeş – 21 ədəd (44,29 dollar);
Almaniya – 20 ədəd (371 dollar);
Kanada – 15 ədəd (15,33 dollar);
Polşa – 15 ədəd (49,33 dollar);
Kamboca – 9 ədəd (72,22 dollar).
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz