
Ekvadorun Quayakil şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında Fərid Rzazadə (-50 kq) finalda qazaxıstanlı Adiljan Nurbekenə qalib gələrək qızıl medal qazanıb.
Yeniavaz.com Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, bu, Azərbaycan cüdo tarixində yeniyetmələr arasında qazanılan 5-ci dünya çempionluğudur.
Məlumata görə, F. Rzazadə dünya çempionu ünvanını cəmi 14 yaş 325 günlüyündə qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz