Zelenski “Maşa və Ayı”nın yaradıcılarına qarşı sanksiyalar tətbiq edib


Ukrayna Rusiyanın “Maşa və Ayı” cizgi serialının yaradıcılarına qarşı sanksiyalar tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, Prezident Volodimir Zelenskinin 20 avqustda imzaladığı sənəddə “Maşa və Ayı”nın yaradıcısı, təsisçisi, baş direktoru, ssenaristi, rejissoru və prodüseri, serialın həmmüəllifi və cizgi filminin hüquqlarının sahibi olan “Animakcord” studiyasına sanksiya tətbiq edilib.
Ukrayna hesab edir ki, serial uşaq məzmunu kimi gizlədilib, Rusiyayönlü hekayələri təbliğ edir və bu, Ukraynanın milli təhlükəsizliyi üçün təhlükəlidir.
Ukrayna Prezidentinin Sanksiyalar Siyasəti üzrə müşaviri Vladislav Vlasyuk bildirib ki, Rusiya təbliğatı uşaqlara yönəldildikdə və böyük beynəlxalq platformalar vasitəsilə yayıldıqda xüsusi reaksiya tələb olunur.
Sanksiyalar Ukraynaya girişin, bu şəxslərlə maliyyə əməliyyatlarının və işgüzar əlaqələrin qadağan edilməsi deməkdir.

DİGƏR XƏBƏRLƏR

Top