
Dünyanın bəzi ölkələrində qızıl mərkəzi bank ehtiyatlarının mühüm hissəsini təşkil edir.
Yeniavaz.com Dünya Qızıl Şurasının məlumatlarına istinadən xəbər verir ki, qızılın ehtiyatlardakı ən yüksək payı Özbəkistanda qeydə alınıb.
Bu ölkənin 415,5 ton qızıl ehtiyatı var və mərkəzi bank ehtiyatlarının 88,3%-i qızıldan ibarətdir.
İkinci sırada ABŞ qərarlaşıb. ABŞ-nin 8 min 133 ton qızıl ehtiyatı var və ölkənin mərkəzi bank ehtiyatlarının 83,3%-i qızıldan təşkil edilib.
Qırğızıstanın 47,8 ton qızılı olsa da, ümumi ehtiyatlardakı payına görə dünyada üçüncü sırda yer alıb. Qırğızıstanın mərkəzi bank ehtiyatlarında qızılın payı 81,1%-ə bərabərdir.
Növbəti sırada yer alan İtaliyanın 2 min 542 ton qızıl ehtiyatı var və bu, ümumi ehtiyatların 80,1%-ni təşkil edir.
Qazaxıstanda 353,6 ton qızıl ehtiyatı mövcuddur və qızılın ehtiyatlardakı payı 77,2%-dir. Bolqarıstan isə 41 ton qızıl ilə 66,3%-lik göstəriciyə malikdir.
Türkiyədə qızılın ehtiyatlardakı payı 61,7% (534,8 ton), Belarusda 49,4% (53,9 ton), Misirdə 38,2% (129,5 ton), Pakistanda 35,2% (64,8 ton), Qətərdə isə 30,4%-dir (115,2 ton).
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz