
Avqustun 20-si axşam saatlarında Rusiya, əvvəlki gecə genişmiqyaslı birgə hücumdan sonra yenidən Kiyevə dronlarla hücum edib.
Yeniavaz.com xəbər verir ki, yerli vaxtla saat 17:30 (Bakı vaxtı ilə 18:30 - red.) radələrində Kiyev meri Vitali Kliçko paytaxtın Qoloseyevski rayonundakı biznes mərkəzində dron hücumu nəticəsində yanğın baş verdiyini bildirib.
Daha sonra o, qeyri-yaşayış binasında başqa bir yanğının baş verdiyini qeyd edib. Zərbə nəticəsində iki nəfər həlak olub, ən azı iki nəfər yaralanıb.
Kiyev Şəhər Administrasiyası Qoloseyevski rayonunda hava keyfiyyətinin müvəqqəti olaraq pisləşdiyi barədə xəbərdarlıq edib. Sakinlərə pəncərələrini bağlamaq və açıq havada vaxtlarını məhdudlaşdırmaq tövsiyə edilib.
Axşam çıxışında ölkə Prezidenti Volodimir Zelensky Ukraynanın bu hücuma görə Rusiyaya, digər hücumlara olduğu kimi, mütləq cavab verəcəyini və cavabın ədalətli və genişmiqyaslı olacağını bildirib. Xatırladaq ki, avqustun 20-si gecə saatlarında Rusiya Kiyevə genişmiqyaslı hücum edib və Volodimir Zelenski bunu ən kinayəli, hesablanmış və genişmiqyaslı hücumlardan biri adlandırdı. Hücum nəticəsində ən azı 15 nəfər həlak olub, yaşayış binaları, məktəb və uşaq bağçası da daxil olmaqla onlarla binaya ziyan dəyib.
Tətbiqimizi yükləyə bilərsiniz