Vuçiç Serbiyada növbədənkənar parlament seçkilərinin tarixini açıqladı


Serbiya Prezidenti Aleksandr Vuçiç növbədənkənar parlament seçkilərinin 2026-cı ilin oktyabr ayının sonunda keçiriləcəyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, Vuçiç bu barədə dövlət televiziyasına məlumat verib.
“Beləliklə, hazırda Serbiyada parlament seçkiləri ya 18, ya da 25 oktyabrda keçiriləcək”, - Vuçiç bildirib.
Prezident daha əvvəl parlament seçkilərinin 2026-cı ilin oktyabr və ya noyabr aylarında keçiriləcəyini bildirmişdi. Vuçiç hakim “Serbiya Tərəqqipərvər Partiyası”nın qələbəsinə ümid edir və bu halda o, baş nazir ola bilər.
 

DİGƏR XƏBƏRLƏR

Top