Kiyevdə hər üçüncü ev zərər görüb


Rusiya-Ukrayna müharibəsinin əvvəlindən bəri Rusiya hücumları Kiyevdə dörd min çoxmənzilli binaya ziyan vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko məlumat verib.
Onun sözlərinə görə, şəhərdə 12.000 belə bina var:
“Hər bir Rusiya hücumu paytaxt büdcəsinə təxminən yarım milyard qrivna (11,2 milyon dollar) başa gəlir. Son zamanlar hücumların intensivliyi artır və şəhər həftədə demək olar ki, iki dəfə kruiz raketləri, ballistik raketlər və dronlardan hücuma məruz qalır.
Şəhər səyyar sığınacaqlar qurmağa və istilik mövsümünə hazırlıq üçün vəsait axtarmağa davam edir. Yalnız xüsusi bomba sığınacaqları raket hücumlarından həqiqətən qoruna bilər. Kiyev də onları qurur, amma bu kifayət deyil”.
Qeyd edək ki, Kiyev 20 avqust gecəsi yenidən Rusiyanın böyük bir hücumunun əsas hədəfinə çevrildi. Rusiya qüvvələri şəhərə raketlər və dronlar atıb. Son məlumatlara görə, atəş nəticəsində 15 nəfər ölüb, onlarla insan yaralanıb. Yaşayış binaları, anbarlar və vacib infrastruktur zədələnib. 21 avqust şəhərdə matəm günü elan edilib.

DİGƏR XƏBƏRLƏR

Top