
“Primavera Marine” şirkətinə məxsus Komor adaları bayrağı altında üzən “Volgo Balt 226” quru yük gəmisi Qara dənizdə dron hücümüna məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyinin sədri İlham Nəsirov sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, gəmi hazırda Trabzon limani istiqamətinə gedir:
“Şükürlər olsun itki yoxdur. 1 ekipaj üzvü Gürcüstan, 10u isə Azərbaycan dənizçiləridir”.
Tətbiqimizi yükləyə bilərsiniz