Almaniyada istidən ölənlərin sayı 14 minə çatdı


Bu yay Almaniyada 14 minə yaxın insan həddindən artıq istilər səbəbindən həyatını itirib.
Yeniavaz.com
xəbər verir ki, bu məlumatı Robert Koh İnstitutu (RKI) dərc edib.
Belə ki, ilk 7 ayda (9 avqust tarixinə olan məlumat) Almaniyada istilər səbəbindən artıq rekord sayda insan ölüb.
Əvvəlki rekord 2018-ci ildə qeydə alınıb, o zaman 9 minə yaxın adam ölüb. Bu yay istidən ölümlərin yarısından çoxu 85 yaşdan yuxarı insanlarda baş verib.
Qeyd edək ki, avqustun əvvəlində “Bloomberg” Avropada istidən ölənlərin öz hesablamalarını dərc etdi - yayın əvvəlindən onların sayı 25 min nəfəri keçib.
 

DİGƏR XƏBƏRLƏR

Top