
“Ermənistan və Azərbaycanın anklavlar və eksklavlar məsələsi uzunmüddətli dinc yanaşı yaşamağı təmin edəcək və sərhəd bölgələrinin sakinləri üçün yeni problemlər yaratmayacaq şəkildə həll edilməlidir”.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə bildirib.
“İrəvan və Bakı arasında razılaşdırılmış delimitasiya prinsipinə uyğun olaraq, Kərki, Bərxudarlu və Yuxarı Əskipara Ermənistan ərazisi deyil”, - Paşinyan bildirib.
O xatırladıb ki, Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən delimitasiya aparmaq barədə razılığa gəlib.
Bəyannaməyə əsasən, SSRİ-nin dağılması zamanı keçmiş sovet respublikalarının inzibati sərhədləri dövlətlərarası sərhəd kimi tanınır.
Ermənistan Baş naziri bildirib ki, müvafiq xəritələrə əsasən, Ermənistan-Azərbaycan sərhədinin Tavuş vilayətinin Kirants kəndi yaxınlığındakı bir hissəsi artıq delimitasiya olunub.
Onun sözlərinə görə, sonrakı prosesin də eyni əsasda davam etməsi gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz