
ABŞ ordusunun Corciya ştatının Fort Stüart şəhərində yerləşən piyada diviziyası hərbçilərə müqavilələrini minimum iki il uzadacaqları təqdirdə “GTA VI” oynamaq üçün dörd günlük məzuniyyət təklif edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Variety” jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, bunun üçün hərbçilər müqavilələrini 1 avqust - 14 noyabr tarixləri arasında yeniləməlidirlər.
3-cü Piyada Diviziyasının mətbuat katibi, polkovnik-leytenant Encel Tomko jurnala bildirib ki, mühəndis batalyonundakı 130 hərbçidən 20-si məzuniyyət təklifi sayəsində müqavilələrini uzadıb.
O əlavə edib ki, bu ideya batalyonun karyera məsləhətçisindən gəlib və o, 2027-ci maliyyə ili üçün müqavilələrin uzadılması planlarına nail olmaq üçün rəhbərliyə yenilənmiş yaradıcı təşviq proqramı təklifi ilə müraciət edib.
Qeyd edək ki, GTA seriyasının beşinci hissəsi 12 il əvvəl buraxılıb və “Minecraft”dan sonra (300 milyondan çox) dünyada ikinci ən çox satılan video oyundur (185 milyondan çox).
Altıncı hissənin premyerası 19 noyabr 2026-cı ildə baş tutacaq. Analitiklərin fikrincə, bu, indiyə qədərki ən bahalı oyun olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz