
Alternativ marşrutların inkişafı və boru kəmərlərinin tikintisi səbəbindən Hörmüz boğazının qlobal neft ticarətinin gələcəyi üçün əvvəlki qədər əhəmiyyəti olmayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə görüşündə bildirib.
Tramp bildirib ki, ABŞ-İran münaqişəsinə baxmayaraq, neftin qiyməti hazırda bir barel üçün 84-85 dollar səviyyəsindədir.
Onun sözlərinə görə, bu, Hörmüz boğazından böyük həcmdə neftin keçməsi ilə əlaqədardır.
Amerika lideri həmçinin Texas, Alyaska və Luizianada neft hasilatının artmasına, eləcə də rekord sayda boru kəməri tikintisinin davam etməsinə diqqəti cəlb edib.
“Buna görə də düşünürəm ki, Hörmüz boğazı əvvəlkindən daha az əhəmiyyətli olacaq”, - deyə Amerika lideri bildirib.
Qeyd edək ki, Donald Tramp dəfələrlə ABŞ-nin Hörmüz boğazına iddialarını irəli sürüb. 13 avqustda o, ABŞ ordusunun su yoluna tam nəzarət etdiyini elan edib.
Tətbiqimizi yükləyə bilərsiniz