
İranla münaqişənin başlanğıcından bəri yaralanan ABŞ hərbçilərinin sayı 750-ni keçib.
Yeniavaz.com “Times of Israel” qəzetinə istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb.
Məlumata görə, Pentaqonun Müdafiə İtkilərinin Təhlili Sistemində (DCAS) məlumatların yenilənməsi nəticəsində yaralanan hərbçilərin sayı 50-dən çox artıb.
Son rəqəmlərə görə, bu günə qədər İranla münaqişədə 18 ABŞ hərbçisi ölüb, 757 ABŞ hərbçisi yaralanıb.
Məlumatlar DCAS-ın “Xarici Əməliyyatlar” bölməsində öz əksini tapıb.
Belə ki, ötən ay ABŞ Müdafiə Nazirliyi DCAS-a ayrıca “Xarici Əməliyyatlar” kateqoriyası əlavə edib. Bu kateqoriya 7 iyuldan etibarən ölən və yaralananları qeydiyyata almaq üçün nəzərdə tutulub.
Tətbiqimizi yükləyə bilərsiniz