
Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti “Aypara-İnşaat” MMC (VÖEN – 1002536261) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında bağlanıb.
“Aypara-İnşaat” MMC FHN-in sifarişi əsasında Göygöl rayonunda və Daşkəsən şəhərində 2 ədəd fərdi yaşayış evi tikəcək və qarşılığında 204 min 730 manat 54 qəpik alacaq.
Açıqlanan məlumatlardan belə görünür ki, FHN 1 ədəd fərdi yaşayış evinin tikintisinə 102 min manat xərcləyəcək.
Qeyd edək ki, nizamnamə kapitalı 4 manat olan “Aypara-İnşaat” MMC 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsliçisi Mikayılov Maarif Aydın oğludur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz