Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin XİN rəhbərləri görüşəcək


İstanbulda Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir xarici işlər nazirlərinin görüşü planlaşdırılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, görüşün avqust ayında keçirilməsi planlaşdırılır.
Danışıqlar zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti, təhlükəsizlik və sabitlik məsələlərini, münaqişələrin qarşısının alınmasını, eləcə də, diplomatik həll mexanizmlərinin gücləndirilməsi yollarını müzakirə edəcəklər.
Qarşıdan gələn görüş dörd ölkə arasında diplomatik koordinasiyanın davamı olacaq.
Qeyd edək ki, bundan əvvəl Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir xarici işlər nazirləri Qahirədə görüşmüşdülər.

DİGƏR XƏBƏRLƏR

Top