
ABŞ Prezidenti Donald Tramp İrana qarşı iqtisadi müharibəyə başladığını elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkə səhifəsində yazıb.
Tramp bunun misli görünməmiş iqtisadi müharibə, həmçinin təcrid olacağını qeyd edib.
“Heç kim İrana mənim qədər razılığa gəlmək üçün imkan verməyib. Təəssüf ki, onlar bundan istifadə edə bilmədilər. Buna görə də, bu gün mən indiyə qədər heç bir ölkəyə qarşı həyata keçirilməyən ən dağıdıcı iqtisadi əməliyyatı elan edirəm. Bu, misli görünməmiş miqyasda iqtisadi müharibə və təcrid olacaq”, - dövlət başçısı qeyd edib.
Digər tərəfdən, Tramp İrana qarşı elan etdiyi iqtisadi müharibəni 6 iyun 1944-cü ildə (Qərb mədəniyyətində "D günü" kimi tanınır) Müttəfiqlərin Normandiyaya desant çıxarması ilə müqayisə edib.
“Bu, iqtisadi “D” günü olacaq və bütün müttəfiqlərimiz İran təhdidini təcrid etmək və aradan qaldırmaq üçün ABŞ-nin yanında olmalıdır”, - ABŞ Prezidenti qeyd edib.
O, bir daha İranın heç vaxt nüvə silahı əldə etməyəcəyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz