17 il beynəlxalq axtarışda olan şəxs ölkəyə gətirildi – DTX-dən xüsusi əməliyyat


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən davam etdirilən antiterror və əməliyyat-axtarış tədbirləri çərçivəsində 2009-cu ildən beynəlxalq axtarışa verilmiş Ağalarov Namiq Rəşid oğlu saxlanılaraq Azərbaycana gətirilib və istintaqa cəlb olunub.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Namiq Ağalarov 2008–2009-cu illərdə Əfqanıstan, Pakistan və digər ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində BMT mandatlı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin şəxsi heyətinə silahlı pusquların qurulması, məsafədən partlayıcı qurğuların tətbiqində və beynəlxalq təşkilatların nümayəndələrinə, habelə beynəlxalq missiya yerinə yetirən müxtəlif ölkə vətəndaşlarına, eləcə də logistika şəbəkələrinə qarşı silahlı hücum əməliyyatlarının təşkilində iştirakda ittiham edilir.
Bildirilir ki, ötən illər ərzində məsuliyyətdən yayınmaq üçün müxtəlif adlar altında ayrı-ayrı ölkələrdə gizlənmiş Namiq Ağalarovun eyni zamanda cihad və radikal dini təbliğat fəaliyyəti ilə də məşğul olduğuna dair məlumatlar mövcuddur.

DİGƏR XƏBƏRLƏR

Top