“Sakaryaspor” – “Səbail” oyununda kütləvi dava olub – Video


Türkiyənin Bolu şəhərində “Sakaryaspor” komandası ilə Azərbaycanın “Səbail” futbol komandası arasında keçirilən yoldaşlıq görüşündə kütləvi dava olub.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, qarşılaşma zamanı komandalar arasında gərginlik yaşanıb.
Məlumata görə, görüşün ilk dəqiqələrindən etibarən “Səbail” futbolçularının sərt müdaxilələri meydanda narazılığa səbəb olub.
Bildirilir ki, “Sakaryaspor”un qazandığı cərimə zərbələrini yerinə yetirməsinə belə mane olan “Səbail” futbolçularının davranışları meydanda vəziyyəti gərginləşdirib.
Hadisəyə qarşılaşmanın hakimi, həmçinin ehtiyat oyunçular skamyasından meydana daxil olan məşqçilər və futbolçular müdaxilə edib. Bundan sonra oyun yenidən başlayıb.
Lakin “Sakaryaspor”un oyunçusu Berk İsmail Ünsala qarşı edilən sərt müdaxilədən sonra meydanda gərginlik yenidən artıb və kütləvi davaya çevrilib.
Həmin anların görüntülərini təqdim edirik:

Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top