Rusiya Kiyevi bombaladı – Onlarla ölü və yaralı var


Avqustun 19-dan 20-nə keçən gecə başlayan Rusiya raket hücumu nəticəsində Ukraynanın paytaxtı Kiyevdə tələfat, dağıntı və yanğınlar baş verib.
Yeniavaz.com
xəbər verir ki, Kiyev meri Vitali Kliçko özünün “Telegram” kanalında 8 nəfərin öldüyünü, 33 nəfərin isə yaralandığını yazıb.
Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, müxtəlif rayonlarda evlər, tibb və təhsil müəssisələri dağılıb və ziyan görüb, həmçinin anbarlarda yanğınlar baş verib.
Rusiya raketlərinin hansı sənaye müəssisələrini və anbarları hədəf aldığı açıqlanmayıb.

DİGƏR XƏBƏRLƏR

Top