Kolumbiyada ölənlərin sayı artdı


Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 312-yə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kolumbiyanın Milli Fəlakət Risklərinin İdarə Edilməsi Departamenti (UNGRD) “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Məlumata görə, 4 380 nəfər yaralanıb.
“Son məlumatlara görə, 312 nəfər həlak olub, 4 380 nəfər yaralanıb, 290 nəfər itkin düşüb”, - məlumatda qeyd edilib.
Departamenti məlumatına görə, zəlzələ Kolumbiyanın 15 departamentinə və 426 bələdiyyəsinə təsir göstərib. Ümumilikdə, 45 523 ailə zəlzələdən zərər çəkib.
Qeyd edək ki, avqustun 10-u səhər saatlarında Kolumbiyada 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Çoko departamentindəki San Xose del Palmar bələdiyyəsi yaxınlığında olub. Zəlzələlər Kolumbiyanın böyük bir hissəsində və qonşu ölkələrdə hiss olunub.

DİGƏR XƏBƏRLƏR

Top