Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

sabah rusiyadan ermənistana azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana ümumi çəkisi 1 820 ton olan 26 vaqon buğda göndərilib.
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşüb.
İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 43 min tona yaxın taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

DİGƏR XƏBƏRLƏR

Top