Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin edildi


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyinatı olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Məlumata görə, Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hikmət Mövlud oğlu Mustafayev bu vəzifəyə təyin edilib.
1997-ci ildən dövlət qulluğunda fəaliyyət göstərən H.Mustafayev Dövlət Əmlak Komitəsində, İqtisadi İnkişaf Nazirliyində və Əmlak Məsələləri Dövlət Komitəsində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb. Bu təyinatadək o, Heydər Əliyev Mərkəzi direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərib.
Qeyd edək ki, bu vəzifəni Mustafa Abbasbəyli icra edirdi. Adil Kərimlinin digər əmri ilə Mustafa Abbasbəyli nazir müşaviri təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top