
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 22 milyard 258,9 milyon kubmetr təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu ehtiyatların 29,2 faizi (6 milyard 499,6 milyon kubmetr) ölkə daxilində istehlak edilib, 60,1 faizi (13 milyard 377,6 milyon kubmetr) ixrac olunub.
Ölkə daxilində istehlak edilən 6 milyard 499,6 milyon kubmetr təbii qazın 56,8 faizi (3 milyard 691,8 milyon kubmetr) istehsal ehtiyaclarına sərf olunub, 43,2 faizi (2 milyard 807,8 milyon kubmetr) isə əhaliyə satılıb.
Qeyd edək ki, ümumi qaz ehtiyatlarının 2,5 faizi (556,5 milyon kubmetr) itkiyə gedib.
Apardığımız hesablama göstərir ki, bu ilin ilk yarısında Azərbaycanın xarici ölkələrə satdığı təbii qazın 1000 kubmetrinin orta gömrük dəyəri 330 dollar (561 manat) təşkil edib. Orta ixrac qiymətilə hesabladığımız zaman 6 ayda təxminən 312,2 milyon manatlıq təbii qazın itkiyə getdiyi görünür.
Müqayisə üçün son 7 ilin ilk yarısında qeydə alınan təbii qaz itkilərinin həcmini təqdim edirik:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz