Yolda təhlükəli hərəkətlər etdilər, valideynləri ilə polisə çağırıldılar – Video


8 Noyabr prospektində təhlükəli hərəkətlər edən uşaqların görüntüləri yayılıb.
Yeniavaz.com
xəbər verir ki, kadrlarda iki yeniyetmənin avtomobil yolunda qaçmaları və akrobatik hərəkətlər etmələri, eyni zamanda həm özlərinin, həm də sürücülərin həyatına təhlükə yaratmaları əks olunub.
Kadrlar sosial mediada müzakirələrə səbəb olub.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, paytaxt ərazisində nəqliyyat axınının intensiv olduğu yolda təhlükəli hərəkətlər edərək həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi risk yaradan azyaşlılar polis əməkdaşları tərəfindən müəyyən ediliblər:
“Hər iki azyaşlı valideynləri ilə birlikdə Xətai Rayon Polis İdarəsinə dəvət olunaraq onlarla profilaktik iş aparılıb, yol hərəkəti və təhlükəsizlik qaydalarına riayət etmələrinin vacibliyi izah edilib. Eyni zamanda azyaşlıların həyat və sağlamlığının qorunması, onların təhlükəli davranışlardan çəkindirilməsi və bu kimi halların təkrarlanmaması məqsədilə valideynlərlə müvafiq maarifləndirici söhbətlər aparılıb. Övladlarının davranışlarına nəzarəti artırmalı olduqları onların diqqətinə çatdırılıb”.

DİGƏR XƏBƏRLƏR

Top