
“TikTok” xidmət daxilində istifadəçilər arasında pul köçürmə funksiyasının tətbiqini nəzərdən keçirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, funksiya hazırda yalnız Vyetnam, Malayziya və Tailandda mövcud olan və yalnız “TikTok Shop”da alış-veriş etmək üçün istifadə edilən “TikTok Pay” texnologiyası əsasında tətbiq oluna bilər.
“Bloomberg” qeyd edir ki, istifadəçilər bu il “TikTok” xidmətlərindən istifadə edərək 2,9 milyard dollardan çox pul xərcləyiblər. Yeni funksiyanın tətbiqi istifadəçilərin tətbiq daxilində daha çox qalmasına və əməliyyatlardan daha çox fayda əldə etməsinə kömək edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz