Gürcüstan və Azərbaycan arasında pul “axını” istiqamətini dəyişib – Təfərrüat


Xəbər verdiyimiz kimi, bu ilin iyul ayında fiziki şəxslər tərəfindən Gürcüstandan Azərbaycana 6 milyon 985 min dollar göndərilib və bu göstəriciyə əsasən, Gürcüstandan ən çox pul köçürülən ölkə Azərbaycan olub.
Yeniavaz.com
xəbər verir ki, son illər fiziki şəxslər tərəfindən Gürcüstandan Azərbaycana köçürülən pullar artdığı halda, Azərbaycandan Gürcüstana pul köçürmələri əhəmiyyətli dərəcədə azalıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycandan Gürcüstana 90 milyon 439 min dollar vəsait köçürüldüyü halda, 2023-cü ildə bu göstərici 74 milyon 184 min dollara enib. 2024-cü ildə azalma daha da sürətlənərək köçürmələrin həcmi 44 milyon 987 min dollar təşkil edib. 2025-ci ildə isə Azərbaycandan Gürcüstana göndərilən vəsait 26 milyon 746 min dollara düşüb. Beləliklə, dörd il ərzində bu istiqamətdə pul köçürmələri təxminən 70,4 faiz azalıb.
Gürcüstandan Azərbaycana pul köçürmələrində isə əks tendensiya müşahidə olunub. 2022-ci ildə Gürcüstandan Azərbaycana 28 milyon 863 min dollar köçürüldüyü halda, 2023-cü ildə məbləğ 37 milyon 475 min dollara yüksəlib.
2024-cü ildə Gürcüstandan Azərbaycana köçürmələr 35 milyon 307 min dollar təşkil etsə də, 2025-ci ildə yenidən artaraq 43 milyon 555 min dollara çatıb. Ümumilikdə, 2022-2025-ci illər ərzində Gürcüstandan Azərbaycana pul köçürmələrinin həcmi 50,8 faiz artıb.
Nəticədə, 2025-ci ildə ilk dəfə olaraq Gürcüstandan Azərbaycana köçürülən vəsait Azərbaycandan Gürcüstana göndərilən pulları üstələyib.
Son 4 ildə Gürcüstandan Azərbaycana (yaşıl xətt) və Azərbaycandan Gürcüstana (mavi xətt) göndərilən pullar aşağıdakı kimi olub:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top