
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda bir sıra şəhər və rayonlarda ölənlərin sayı doğulanların sayını üstələyib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin ilk 6 ayı ərzində ölkə üzrə ümumilikdə 40 min 798 uşaq doğulub, 30 min 625 nəfər isə ölüb.
Beləliklə, Azərbaycan üzrə təbii artım 10 min 173 nəfər təşkil edib.
Lakin bəzi şəhər və rayonlarda ölənlərin sayı doğulanların sayından çox olub.
Qeyd edək ki, ölənlərin sayı doğulanların sayını ən çox Gəncə şəhərində üstələyib. Burada 6 ay ərzində 532 uşaq doğulub, 691 nəfər ölüb və təbii artımda mənfi göstərici qeydə alınıb.
Bu ilin ilk 6 ayında mənfi təbii artımın qeydə alındığı şəhər və rayonlar aşağıdakı kimi olub:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz