
İran hakimiyyəti Tehrandakı Fransa səfirliyinin iki əməkdaşını “persona non grata” (arzuolunmaz şəxs) kimi təsnif edib və onların İrana girişinə qadağa qoyub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat İran Xarici İşlər Nazirliyinin xüsusi bəyanatında öz əksini tapıb.
“Tehrandakı Fransa səfirliyinin iki əməkdaşının beynəlxalq hüququ, xüsusən də 1961-ci il Diplomatik Münasibətlər Konvensiyasını pozan hərəkətlərini nəzərə alaraq, İran Xarici İşlər Nazirliyi bu iki diplomatı arzuolunmaz şəxslər elan edir və müvafiq olaraq onların İrana girişini qadağan edi”, - nazirlik qeyd edib.
İran XİN əlavə edib ki, bu addım onların qanunsuz hərəkətlərinin ifşa olunmasından bir neçə həftə keçdikdən və Fransa hökuməti vəziyyəti düzəltmək və oxşar hadisələrin qarşısını almaq üçün heç bir tədbir görmədikdən sonra atılıb.
Qedy edək ki, İranın Kəşfiyyat Nazirliyi 15 avqustda bəyanat yayaraq, iki fransız diplomatı milli təhlükəsizlik araşdırmasına xarici müdaxilə iddiası ilə əlaqədar saxlanıldığını və daha sonra Fransa səfirinə təhvil verildiyini bildirib. Nazirliyin bəyanatına görə, kəşfiyyat rəsmiləri iki diplomatı xarici təsir və müdaxilə istintaqı çərçivəsində iki şübhəlinin məhkəmə tərəfindən həbs qərarı icra edilərkən aşkar ediblər. Nazirlik əlavə edib ki, diplomatların şəxsiyyəti təsdiqləndikdən sonra səlahiyyətlilər İran Xarici İşlər Nazirliyinə məlumat veriblər və daha sonra onlar diplomatik polis müşayiəti altında Fransanın İrandakı səfirinə təhvil veriliblər. Məlumata görə, Müsadirə edilən bəzi sənədlərdə Tehrandakı keçmiş Fransa səfirinin imzası tapılıb.
Tətbiqimizi yükləyə bilərsiniz