İranla bütün əməliyyatları dayandırdılar


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın raket hücumundan sonra Tehranla bütün maliyyə, ticarət və kommersiya əməliyyatlarının dayandırıldığını elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ərəb dövlətinin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Həm beynəlxalq təhlükəsizliyə, həm də regional sülhə xələl gətirən regional eskalasiyanı nəzərə alaraq, İranla bütün və maliyyə, ticarət və kommersiya əməliyyatları növbəti xəbərdarlığa qədər dayandırılır”, - nazirlik qeyd edib.
Qeyd edək ki, BƏƏ Müdafiə Nazirliyi daha əvvəl hava hücumundan müdafiə sistemlərinin İrandan iki ballistik raketin atıldığını aşkar etdiyini bildirib. Raketlərdən biri ölkənin ərazi sularından kənara, digəri isə ərazi sularına düşüb. Nazirlik əlavə edib ki, hücum dəniz gəmiçiliyini hədəf alıb.

DİGƏR XƏBƏRLƏR

Top