
“Mançester Yunayted” yarımmüdafiəçi və kapitan Bruno Fernandeşlə müqavilənin uzadılmasını istəyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Qeyd edək ki, daha öncə “Qalatasaray”ın oyunçu ilə maraqlandığı bildirilmişdi, lakin “Qırmızı Şeytanlar” portuqaliyalı oyunçunu satmaq istəmədiklərini bildiriblər. Yarımmüdafiəçinin özü də hazırkı klubunda qalmaq istəyini bildirib. Fernandeşin xarici klublar üçün nəzərdə tutulmuş 57 milyon funt sterlinqlik sərbəst qalma maddəsi də başa çatıb.
Yarımmüdafiəçi 2020-ci ilin yanvar ayından “Qırmızı Şeytanlar”da çıxış edir. Ötən mövsüm Fernandeş bütün yarışlarda 37 oyunda meydana çıxıb, doqquz qol vurub və 22 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 35 milyon avrodur.
Tətbiqimizi yükləyə bilərsiniz