
Kolumbiyada ötən həftə baş verən güclü zəlzələdən iqtisadi itkilərin 30 trilyon pesoya (9,58 milyard dollar) çatacağı gözlənilir.
Yeniavaz.com xəbər verir ki, bunu Kolumbiya Prezidenti Abelardo de la Espriella bildirib.
“Fəlakətin miqyasını təsəvvür edin. Bu, daha çox məlumat alındıqca və zəlzələnin vurduğu ziyan qiymətləndirildikcə düzəldiləcək ilkin rəqəmdir”, - o qeyd edib.
Xatırladaq ki, 7,4 bal gücündə zəlzələ Kolumbiyanın qərbində binaları dağıdıb, 280 nəfər ölüb, 4000-dən çox insan yaralanıb və 143 nəfər itkin düşüb.
Tətbiqimizi yükləyə bilərsiniz