Arda Turandan saqqal açıqlaması...

Türkiyəli futbolçu Arda Turan saqqalını nə vaxt kəsəcəyini açıqlayıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Barselona”nın 24 yaşlı qapıçısı Ter Şteqen 13 qolla karyera rekordu vuran komanda yoldaşı A. Turana maraqlı çağırış edib. Almaniyalı çərçiçə qoruyucusu sosial media vasitəsilə “qolların sayını 20-yə çatdırsan, saqqalını kəsərsənmi?” sualını verib. A. Turan buna avtomobilində canlı yayımda cavab verib. Türk futbolçu 20 qola çatanda deyil, Çempionlar Liqasının kubokunu qaldırdığı zaman saqqalını kəsəcəyini bildirib. Qeyd edək ki, A. Turan İspaniya Kral Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Real Sosyedad” klubuna vurduğu qolla karyerasının ən məhsuldar (13 qol) mövsümünə nail olub.

DİGƏR XƏBƏRLƏR

Top