Ağdamda avtomobilin vurduğu 6 yaşlı məktəbli ölüb

Ağdamda avtomobillə vurulan 6 yaşlı məktəbli xəstəxanada dünyasını dəyişib. Bu barədə Ağdam Mərkəzi Rayon Xəstəxanasından bildirilib. Həkimlər ağır xəsarətlər alan azyaşlını xilas edə bilməyiblər.

Qeyd edək ki, hadisə bu gün Quzanlı qəsəbəsində baş verib. 1991-ci il təvəllüdlü Elgün Təhməzlinin idarə etdiyi “VAZ 2106” markalı, 02 BN 358 dövlət nömrə nişanlı maşınla 6 yaşlı məktəbli Məmmədova Zəhra Mayis qızını vurduqdan sonra avtomobili daş hasara çırpıb.
Xəsarət alan azyaşlı və sürücü Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
APA

DİGƏR XƏBƏRLƏR

Top