“Qırmızı Körpü” gömrük postunda 1 000-dən çox avtomobil gözləyir − AYNA


Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 1 030 avtomobil gözləyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. 
Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Azərbaycan-Rusiya sərhədindəki "Samur" gömrük postunda 47, Azərbaycan-İran sərhədindəki “Astara” gömrük postunda isə 37 yük maşını var.
Hazırda “Xanoba”, “Mazımqara” və “"Biləsuvar” gömrük postlarında gözləyən avtomobil yoxdur.
 

DİGƏR XƏBƏRLƏR

Top