Zelenski onu Ukrayna müdafiə naziri vəzifəsinə namizəd irəli sürdü


Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi olaraq Ukraynanın müdafiə naziri vəzifəsinə Yevgeni Xmaranın namizədliyini irəli sürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ali Rada üzvü İrina Qeraşenko məlumat verib.
Onun sözlərinə görə, Zelenski həmçinin Andrey Sibiqanın xarici işlər naziri vəzifəsinə təyin edilməsi ilə bağlı Ali Radaya müraciət edib.
Həm Xmara, həm də Sibiqa hazırda müvafiq nazirliklərinin rəhbərləri vəzifələrini icra edirlər.
Onun sözlərinə görə, avqustun 18-də namizədlərin fraksiyalarla görüşü planlaşdırılır və avqustun 19-da onların təyinatı məsələsinə əvvəlcə müvafiq komitələr tərəfindən baxılacaq, daha sonra parlament zalında səsvermə keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top