Almaniya ordusunun sayı rekord səviyyədə artdı


Almaniya ordusunun sayı son 13 ildə rekord həddə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
İyul ayına olan məlumata görə, Almaniya Silahlı Qüvvələrində təxminən 186 700 hərbçi xidmət edir ki, bu da 2013-cü ildən bəri ən yüksək göstəricidir. Keçən illə müqayisədə isə bu say təxminən 3700 nəfər çoxdur.
Belə ki, 2016-cı ildə Almaniya silahlı qüvvələri təxminən 176 000 şəxsi heyətə malik olub.
Ancaq buna baxmayaraq, 1980-ci illərdə Qərbi Almaniya silahlı qüvvələrinin sayı Alman ordusunun hazırkı sayından iki dəfədən çox idi.
Nəşrin məlumatına görə, hərbi xidmətə müraciət edənlərin də say artmaqdadır. İyul ayının sonuna olan məlumata görə, Bundesver hərbi karyera üçün təxminən 47 300 müraciət qəbul edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1/4 dəfə çoxdur.
Hazırda quru qoşunlarında, hava qüvvələrində və donanmada təxminən 12 100 könüllü və müqaviləli əsgər xidmət edir ki, bu da əvvəlki ilə nisbətən 6% artım deməkdir.
2031-ci ilə qədər Almaniya Silahlı Qüvvələri şəxsi heyətinin sayını 203 000-ə çatdırmağı planlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top