Bakıda ödəmə terminallarından "qaz pulu" yükləmək olmur

Təbbi qazdan istifadə edən abonentlər qaz sayğacları üçün nəzərdə tutulan smart kartların balansını artıra bilmirlər. Bu barədə "Yeniavaz.com"a abonentlər məlumat verib. Onların verdiyi məlumata görə, paytaxt ərazisində quraşdırılan ödəmə terminallarının heç birində smart kartlara pul yükləmək olmur. "MilliÖN" ödəmə terminallarının məxsus olduğu "Komtec Ltd" şirkətinin müştəri xidmətlərindən isə bildirilib ki, indiyə kimi bu barədə məlumatları olmayıb və qısa müddətdə problemin səbəbini aydınlaşdırmağa çalışacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top