Dünyanın ən çirkin iti seçildi


“Cinni Lu” adlı mop cinsli it dünyanın ən çirkin iti müsabiqəsində qalib gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
“Cinni Lu”nun hekayəsi Cənubi Koreyanın dağlarında başlayıb. Belə ki, o, orada it əti satıcılarından xilas edilib və sonda özünə yeni yuva tapıb. Dörd il sonra o, artıq həyatdan zövq alır və hara getsə, insanları təbəsüm etməyə məcbur edir”, - nəşr qeyd edib.
Nəşr həmçinin qeyd edib ki, altı yaşlı “Cinni Lu” müsabiəqdə dördüncü dəfə iştirak edib. 2025-ci ildə it ikinci yeri tutub.
Bu il qalib 5000 dollar pul mükafatı və Nyu-York şəhərinə səyahət qazanıb.
Müsabiqədə ümumilikdə səkkiz it iştirak edib. Çixuaxua cinsindən olan “Pinki” və “Otto” müvafiq olaraq ikinci və üçüncü yeri tutublar. “Pinki” albinosdur, “Otto”nun isə ağzı və burnu deformasiyaya məruz qalıb.
Qeyd edək ki, 2025-ci ildə “dünyanın ən çirkin” iti müsabiqəsinin qalibi Oreqon ştatının Yucin şəhərindən olan “Petuniya” adlı iki yaşlı tüksüz ingilis-fransız buldoqu olub. O, müsabiqədə on namizədi geridə qoyub.

DİGƏR XƏBƏRLƏR

Top