Venesueladakı zəlzələdə ölənlərin sayı 6438-ə çatdı


Venesuelada 24 iyunda baş verən iki zəlzələ nəticəsində ölənlərin sayı 6438 nəfərə çatıb.
Yeniavaz.com
“Sinxua” agentliyinə istinadla xəbər verir ki, bu barədə Venesuela hökuməti məlumat yayıb.
Bu, əvvəlki həftə ilə müqayisədə 137 nəfər çoxdur.
Ölkə üzrə xəstəxanalarda 60 992 yaralıya tibbi yardım göstərilib.
Məlumata görə, bu günə qədər 6 min 462 nəfər xilas edilib.
Təbii fəlakət 190 binanın tamamilə dağılmasına, 856 binanın ciddi ziyan görməsinə səbəb olub.
Zəlzələ nəticəsində 107 müvəqqəti sığınacaqda 23 min 800 nəfər yerləşdirilib. Təxminən 17 min 907 nəfər evsiz qalıb.
Qeyd edək ki, 24 iyun axşamı Venesuelada 39 saniyəlik fasilə ilə 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ qeydə alınıb. Bunların son 100 ildə ölkədə baş verən ən güclü təkanlar arasında olduğu bildirilir. Zəlzələnin episentrləri Karabobo ştatının Moron şəhəri yaxınlığında, Karakasdan təxminən 160 kilometr qərbdə yerləşib.

DİGƏR XƏBƏRLƏR

Top