
ABŞ Prezidenti Donald Trampın amerikalılar arasında reytinqi 33%-ə düşüb ki, bu da onun 20 yanvar 2025-ci ildə andiçmə mərasimindən bəri ən aşağı səviyyədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Reuters” agentliyi və “Ipsos” beynəlxalq xidməti tərəfindən keçirilən birgə sorğunun nəticələrində öz əksini tapıb.
Respondentlərin 33%-i Trampın prezident kimi fəaliyyətini bəyənir. 64%-i isə əks fikirdədir. Qalanları isə sorğuya cavab verməyib.
Respondentlərin 80%-i ABŞ və İran arasındakı münaqişənin uzunmüddətli olacağına inanır, 16%-i isə bunun bir neçə həftə ərzində bitəcəyini hesab edir.
Qeyd edək ki, “Reuters” və “Ipsos” tərəfindən müntəzəm olaraq aparılan sorğulara görə, Amerika liderinin ikinci prezidentlik müddəti ərzində reytinqi heç vaxt 34%-dən aşağı düşməyib. Bu nəticə cari ilin iyun və aprel aylarında qeydə alınıb. Ən yüksək səviyyə isə 2025-ci ilin yanvar ayında olub. Respondentlərin 47%-i Trampın fəaliyyətini müsbət qiymətləndirib. Trampın birinci müddəti ərzində onun reytinqi 2017-ci ilin dekabrında 33%-ə düşüb.
Sorğu 14-17 avqust tarixlərində ABŞ-də 1166 nəfər arasında aparılıb.
Tətbiqimizi yükləyə bilərsiniz